14 Noyabr 2025, 18:00
FUTBOL
Hücumçu Robert Levandovskinin qarşıdan gələn yay "transfer pəncərəsi"ndə "Barselona"dan ayrılmaq planı yoxdur.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Florian Plettenberq yayıb.
Bildirilir ki, 37 yaşlı polşalı hücumçu yayda klubdan ayrılmağı düşünmür. Onun "Barselona" ilə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
Qeyd edək ki, cari mövsüm polşalı hücumçu "Barselona"da 12 oyunda meydana çıxıb və 7 qol vurub.






_1763138608.jpg)





