FIFA-nın mətbuat xidməti sosial mediada qarşıdan gələn dünya çempionatına həsr olunmuş yeni bir poster yayımlayıb.

Matc.az xəbər verir ki, posterdə Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştiano Ronaldo da yer alıb.

FIFA əvvəlcə Portuqaliya millisini təmsil edən yarımmüdafiəçi Bruno Fernandesin yer aldığı poster yerləşdirmişdi. Lakin Ronaldonun şəkli yox idi və bu, azarkeşlər arasında etiraza səbəb olduğundan təşkilat tənqid edilməyə başlanıldl. Bu səbələ FIFA sonda posteri sildi.

Qeyd edək ki DÇ-2026 gələn ilin yayında üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest