İspaniyalı mütəxəssis Karlos Alos Belarus milli komandasının baş məşqçisi vəzifəsindən azad edilib.

Matc.az xəbər verir ki, bu barədə ABFF-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləni ləğv ediblər.

Qeyd edək ki, Karlos Alos 2023-cü ilin yayından Belarus milli komandasını çalışdırıb. Onun rəhbərliyi altında komanda 26 oyun keçirib, 6 qələbə qazanıb, 10 dəfə məğlubiyyətlə üzləşib və 10 oyunda heç-heçə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest