"Qremio"nun futbolçusu Alisson karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Aston Villa" 19 yaşlı vingerin transferini həll edib. Birmingəm təmsilçisi Alisson üçün Braziliya klubuna 10+2milyon avro təzminat ödəyəcək. Gənc oyunçu dekabr ayının sonunda tibbi müayinədən keçdikdən sonra İngiltərə klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Alisson başa çatan mövsümdə "Qremio"nun heyətində keçirdiyi 43 oyunda 2 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest