18 Dekabr 2025, 22:18
FUTBOL
"Trua"nın hücumçusu Matis Deturbe karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.
"Mançester Siti" 18 yaşlı forvardı transfer etmək istəyir. "şəhərlilər"in Fransa U-20 millisinin üzvünü heyətinə qatmaq şansı yüksəl qiymətləndirilir.
Qeyd edək ki, Matis Deturbe bu mövsüm "Trua"nın heyətində Fransa Liqa 2-də keçirdiyi 16 oyunda 2 qol ötürməsi edib.


_1766101689.jpg)









