"Volfsburq" "Lion"dan icarəyə götürdüyü Sael Kumbedinin transfer hüquqlarına yiyələnib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniya klubu Fransa U-21 millisinin üzvü üçün qarşı tərəfə 6 milyon avrro təzminat ödəyib. 20 yaşlı sağ cinah müdafiəçisi ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Volfsburq" Sael Kumbedini mövsümün əvvəlində icarrəyə götürmüşdü. Gənc futbolçu komandanın heyətində keçirdiyi 11 oyunda 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest