Türkiyə futbolu genişmiqyaslı qalmaqalla silkələnib.

Matc.az xəbər verir ki, ölkənin ən populyar klublarından biri olan “Fənərbaxça”nın prezidenti Sadettin Saran narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək istintaqa cəlb olunub.

"Fanatik" nəşrinin məlumatına görə, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində funksionerdən ekspertiza üçün qan və saç nümunələri götürülüb.
Laborator müayinələrin nəticələri müsbət çıxıb. 61 yaşlı Saranın saçında kokain izləri aşkar edilib. Sadettin Saran yalnız narkotik vasitələrdən istifadə etməkdə deyil, həm də onların satışı və istifadəsinə yardım göstərməkdə ittiham olunur.

İstintaq başa çatana qədər funksionerin Türkiyə ərazisini tərk etməsinə qadağa qoyulub. Türkiyəli iş adamı bu ilin sentyabr ayında İstanbul təmsilçisinin prezidenti seçilib.

İstintaq tədbirləri davam edir və yaxın vaxtlarda prokurorluğun işi yekun hökmün çıxarılması üçün məhkəməyə göndərəcəyi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest