26 Dekabr 2025, 11:52
MPL
"Bütün rəhbərliyə, məşqçilər və həkim heyətinə, komanda yoldaşlarımın hamısına bu müddətdə mənə göstərdikləri hörmət və diqqətə görə təşəkkür edirəm".
“Araz-Naxçıvan”dan ayrılan Qara Qarayev sosial şəbəkə hesabında paylaşım edib.
Matc.az xəbər verir ki, yarımmüdafiəçi klub rəhbərliyinə təşəkkürünü bildirib:
“Bütün rəhbərliyə, məşqçilər və həkim heyətinə, komanda yoldaşlarımın hamısına bu müddətdə mənə göstərdikləri hörmət və diqqətə görə təşəkkür edirəm. Komandaya növbəti ildə uğurlar arzulayıram. Hər şey üçün çox sağ olun”.
Qara dünən öz istəyi ilə “Araz-Naxçıvan”dan ayrılıb.












