30 İyun 2026, 12:00
FUTBOL
"Bavariya"nın və İngiltərə millisinin hücumçusu Harri Keyn hazırkı klubu ilə müqaviləsinin müddətini uzatmağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Devid Ornşteyn məlumat yayıb.
Bildirilir ki, 33 yaşlı oyunçu "Barselona"nın marağına baxmayaraq, böyük ehtimalla Münhen klubu ilə yeni sözləşmə imzalayacaq.
Harri Keynin "Bavariya" ilə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədər nəzərdə tutulub. Təcrübəli hücumçu ötən mövsüm klub səviyyəsində 51 matça çıxıb, bu oyunlarda 61 qol vurub və 7 məhsuldar ötürmə edib.




_1782817983.jpeg)








