26 Dekabr 2025, 12:30
FUTBOL
"Dinamo"da çıxış edən Ülvi Babayev Moskvada klubunu dəyişəcək.
Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi “Spartak”a keçəcək. Bu barədə insayder İvan Karpov məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 21 yaşlı futbolçu “qırmızı-ağlar”la 2030-cu ilə qədər müqavilə imzalayacaq. Oyunçu yaxın günlərdə “Spartak”da tibbi müayinədən keçəcək.
Qeyd olunur ki, yarımmüdafiəçinin transferi ya bu qış, ya da mövsümün sonunda azad agent statusu alacağı vaxt baş tutacaq.
Qeyd edək ki, Ülvi Babayev bu mövsüm “Dinamo”nun heyətində bütün turnirlərdə 15 oyuna çıxıb və 5 qolla yadda qalıb. "Transfermarkt" portalı futbolçunun dəyərini 750 min avro olaraq qiymətləndirir. Gənc oyunçu Rusiyanın U-21 milli komandasının üzvüdür.












