Paytaxt klubunun 27 yaşlı oyunçuya 6 aylıq müqavilə təklif etdiyi bildirilir.

"Neftçi" "Şaxtyor"un yarımmüdafiəçisi Dmitri Topalovu transfer etməkdə maraqlıdır.

Matc.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatına məlumat paylaşılıbş

Bildirilir ki, tərəflər hazırda danışıqlar aparırlar. Paytaxt klubunun 27 yaşlı oyunçuya 6 aylıq müqavilə təklif etdiyi bildirilir. Topalovun bu müddət ərzində özünü doğrultması halında, ona bir illik müqavilə təklif olunacaq.

"Ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub transfer üçün səy göstərir və klub rəhbərliyi ilə bu barədə danışıb. Ukraynalı mütəxəssis ümid edir ki, "Neftçi" istədiyi futbolçunun Ukraynadan ayrılması üçün xüsusi icazəni əldə edə biləcək.

27 yaşlı futbolçu "Şaxtyor"un futbolçusu olsa da, "Mariopol", "Kolos" və "LNZ Çerkassı" klublarında icarə əsasında oynayıb. Toplaovun "Şaxtyor"la müqavilə müddəti dekabrın 31-də başa çatacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest