İspaniyanın "Kadis" klubu "Nyukasl" ilə Antonio Korderonun icarəyə götürülməsi barədə razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Kordero bu mövsüm icarə əsasında Belçikanın "Vesterlo" klubunda çıxış edib və həmin komandanın heyətində 8 oyun keçirib. Lakin "Nyukasl" Belçika klubu ilə 30 iyun 2026-cı ilədək nəzərdə tutulan müqaviləni vaxtından əvvəl ləğv etmək qərarına gəlib və futbolçunu İspaniyaya göndərib.

Antonio Kordero avqust ayında "Malaqa"dan Nyukasla transfer olunub. 19 yaşlı vingerin "Barselona" və "Real" konkret təklifləri olsa da, o, İngiltərə klubuna keçidi seçib. Kordero yayda İspaniyanın U-19 millisinin heyətində gənclər arasında Avropa çempionatının finalına yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest