05 Yanvar 2026, 12:57
FUTBOL
"Roma"nın hücumçusu Artyom Dovbik komandadan ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
"Napoli", "Benfika" və "Yuventus" ukraynalı forvardla maraqlanır. Paytaxt təmsilçisinin əsas heyətində yerini itirən 24 yaşlı futbolçunun özü də ayrılığa isti yanaşır.
Qeyd edək ki, Artyom Dovbik bu mövsüm "Roma"nın heyətində keçirdiyi 16 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.









_1767717074.jpg)


