Yanvarın 4-də BƏƏ-yə yola düşən komandanın üzvləri dünən axşam paytaxt Əbu-Dabidə ilk məşqə çıxıblar.

“Neftçi” qış təlim-məşq toplanışına başlayıb.

Matc.az xəbər verir ki, yanvarın 4-də BƏƏ-yə yola düşən komandanın üzvləri dünən axşam paytaxt Əbu-Dabidə ilk məşqə çıxıblar.

“Ağ-qaralar” hazırlığı bu gün səhər baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında davam etdirib. Növbəti məşq bu axşam baş tutacaq.

Qeyd edək ki, “Neftçi” burada 3 yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisi yanvarın 9-da “Kayrat” (Qazaxıstan), 13-də “Piramids” (Misir), 16-da isə “Çenqdu Ronqçenq” (Çin) klubları ilə qarşılaşacaq. Toplanış yanvarın 17-dək davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest