Rumıniya milli komandasının baş məşqçisi Mirça Luçesku ciddi sağlamlıq problemləri ilə üzləşib.

Matc.az xəbər verir ki, bu barədə "Golazo.ro" nəşri məlumat yayıb.

Mütəxəssis yanvarın 4-də Rumıniya klublarının bir neçəsinin qış toplanışını keçirdiyi Türkiyənin Antalya şəhərinə səfər etməyi planlaşdırırdı. Məqsəd milli komanda üçün potensial namizədləri izləmək idi. Lakin 80 yaşlı məşqçinin ürək problemləri səbəbindən səfər təxirə salınıb.

Məşqçinin səhhəti yaxın vaxtlarda yaxşılaşmasa, səfər ümumiyyətlə baş tutmaya bilər. Hazırda nə Mirça Luçeskudan, nə də Rumıniya Futbol Federasiyasından rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Rumıniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Mirça Luçesku ilə əməkdaşlığın davam etdirilməsi barədə qərar qəbul edib. Tərəflər 2026-cı il dünya çempionatına hazırlıq çərçivəsində birgə işi davam etdirmək üçün razılığa gəliblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest