05 Yanvar 2026, 13:32
FUTBOL
"Qalatasaray" Berkan Kutlu ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisinin sabiq üzvü ilə yayda başa çatmalı olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Qalatasaray" Berkan Kutlunu 2021-ci ilin iyul ayında "Alanyaspor"dan 4 milyon avroya transfer etmişdi. 27 yaşlı yarımmüdafiəçi bu mövsüm "sarı-qırmızılar"ın heyətində keçirdiyi 9 oyunda 1 qol ötürməsi edib.












