07 Yanvar 2026, 15:37
FUTBOL
Fransanın "Strasbur" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisini Qari Onil çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Qari Onil "Strasbur"da "Çelsi"nin baş məşqçisi vəzifəsinə təyinat alan Liam Rozenyeri əvəz edib.












