"Santos"la müqaviləssi başa çatan Neymar gələcəyi ilə bağlı qərarını verib.

Matc.az xəbər verir ki, braziliyalı vinger yetişdiyi klubda qalacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Neymar "ağ-qaralar"la yeni sözləşmə imzalayıb. 33 yaşlı futbolçu 2026-cı ilin sonuna kimi komandada qalacaq.

Qeyd edək ki, Neymar ötən mövsüm "Santos"un heyətində keçirdiyi 28 oyunda 11 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest