Çempionlar Liqasının Liqa mərhələsi başa çatıb.

Matc.az xəbər verir ki, Liqa mərhələsində ən çox fərqlənən futbolçu "Real"ın hücumçusu Kilian Mbappe olub.

O, 7 oyunda 13 dəfə rəqib qapılarına yol tapa bilib.

"Bavariya"nın hücumçusu Harri Keyn 8 oyunda 8 qol vuraraq ikinci, "Mançester Siti"nin hücumçusu Erlinq Haland isə 8 oyunda 7 qol vuraraq üçüncüdür.

Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsi fevralın 17-18-i və 24-25-i tarixlərində keçiriləcək. Final qarşılaşması isə mayın 30-da Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest