28 Yanvar 2026, 13:17
FUTBOL
"Fənərbaxça" "Reyncers"in hücumçusu Yussef Çermitini transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Telegraph" nəşrri məlumat yayıb.
İstanbul nəhəngi portuqaliyalı forvard üçün 15 milyon avroluq təklif göndərib. Şotlandiya klubu bu təklifi qəbul etməyib.
Qeyd edək ki, "Reyncers" Yussef Çermitini mövsümün əvvəlində "Everton"dan transfer edib. 21 yaşlı futbolçu komandanın heyətində keçirdiyi 25 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.












