29 Yanvar 2026, 16:18
FUTBOL
"Kruzeyro"nun müdafiəçisi Kaiki karyerasını İtaliyada davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Klublar arasında razılıq əldə olunub. İtaliya klubu Braziliya U-21 millisinin üzvü üçün 10 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Kaiki "Kruzeyro"nun yetirməsidir. 22 yaşlı sol cinah müdafiəçisi ötən mövsüm A Seriyası təmsilçisinin heyətində keçirdiyi 43 oyunda 1 qol vurub, 5 qol ötürməsi edib.












