12 Fevral 2026, 14:22
FUTBOL
"Bornmut" "Milan"dan icarəyə götürdüyü müdafiəçi Aleks Ximenesin transfer hüquqlarına yiyələnib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə klubu İspaniya U-21 millisinin üzvü üçün 18,5 milyon avro təzminat ödəyib. 20 yaşlı futbolçu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Bornmut" Aleks Ximenesi mövsümün əvvəlində icarəyə götürüb. Gənc sağ cinah müdafiəçisi Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 24 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.












