12 Fevral 2026, 11:12
FUTBOL
"Nottingem Forest" baş məşqçi Şon Dayçla yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Komanda Premyer Liqanın 26-cı turunda autsayder "Vulverhempton"la heç-heçə (0:0) etdikdən sonra ingiltərəli mütəxəssis istefaya göndərilib. 54 yaşlı çalışdıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Şon Dayç 2025-ci ilin oktyabr ayında "Nottingem Forest"in baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. "Qırmızılar" ölkə çempionatında 26 turdan sonra 27 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.












