"Mançester Yunayted" "İnter"in sol cinah müdafiəçisi Federiko Dimarko ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.

"Qırmızı şeytanlar" 28 yaşlı futbolçunu fevralın 14-də keçiriləcək A Seriyasının 25-ci turunda "Yuventus"a qarşı oyun zamanı təmsilçiləri vasitəsilə izləyəcəklər.

Bildirilir ki, "İnter" italyan oyunçunu satmaq istəmir və onun müqaviləsini 2030-cu ilə qədər uzatmaq niyyətindədir. Tərəflər artıq şərtlər barədə razılığa gəliblər.

Bu mövsüm Dimarko bütün yarışlarda 31 oyunda meydana çıxıb, 6 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest