"Aston Villa" "Liverpul"dan icarəyə götürdüyü Harvi Elliotla bağlı qərar verib.

Matc.az xəbər verir ki, Birmingem təmsilçisi ingiltərəli hücumameyilli yarımmüdafiəçinin transfer hüquqlarına yiyələnməyəcək. Bu barədə "Football Insider" məlumat yayıb.

Elliotun performansı məşqçilər korpusunu qane etmir. Buna görə də klub 22 yaşlı futbolçu üçün 40 milyon avroluq satınalma bəndini işə salmayacaq.

Qeyd edək ki, Harvi Elliot mövsümün əvvəlində "Aston Villa"ya icarəyə verilib. O, komandanın heyətində keçirdiyi 9 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest