16 Fevral 2026, 12:11
FUTBOL
"Roma" "Aston Villa"dan icarəyə götürdüyü Doniell Malenlə bağlı qərar verib.
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi niderlandlı hücumçunun transfer hüquqlarına yiyələnəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
27 yaşlı forvardın performansı məşqçilər korpusunu qane edir. Buna görə də İtaliya klubu Niderland millisinin üzvü üçün 25 milyon avroluq satınalma bəndini işə salacaq.
Qeyd edək ki, "Roma" Doniell Maleni yanvarda icarəyə götürüb. Futbolçu "canavarlar"ın heyətində keçirdiyi 5 oyunda 5 qol vurub.




_1771246127.jpg)

_1771241741.jpg)





