"Bavariyan"nın qapıçısı Manuel Noyer sağ baldırından zədə alıb.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sport Germany" məlumat yayıb.
Bildirilir ki, o, yaxın günlərdə komandanın məşqlərini buraxacaq və ətraflı tibbi müayinədən keçəcək.
Münhen klubunun kapitanının Bundesliqanın 23-cü turunun 21 fevralda keçirilməsi planlaşdırılan "Ayntraxt"la oyununda iştirakı ehtimal olunmur.
Noyerin klubla hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. Qapıçı əvvəllər müqavilənin uzadılması ilə bağlı mart və ya aprel aylarının sonuna qədər yekun qərar verəcəyini bildirmişdi.
Noyer 2011-ci ilin iyul ayından bəri Münhen komandasında oynayır. Cari mövsüm qolkiper bütün yarışlarda 28 oyunda iştirak edib. Bu müddət ərzində o, 27 qol buraxıb və 9 oyunda qapısıı toxunulmaz saxlayıb.




_1771169275.jpg)







.jpg копия_1771152096.jpg)