16 Fevral 2026, 15:20
FUTBOL
"Fənərbaxça"nın futbolçusu Marko Asensio ölkəsinə qayıda bilər.
Matc.az xəbər verir ki, "Vilyarreal" ispaniyalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
La Liqa təmsilçisi Asensio üçün 15 milyon avroluq təklif göndərməyi planlaşdırır. İstənbul nəhəngi isə 30 yaşlı oyunçunu 20 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.
Qeyd edək ki, Marko Asensio bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 29 oyunda 12 qol vurub, 9 qol ötürməsi edib.











_1771246127.jpg)
