"Aston Villa"nın futbolçusu Morqan Rocers böyük klubların transfer siyahısına düşüb.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

"Liverpul" və PSJ İngiltərə millisinin üzvünü transfer etmək istəyir. Hər iki klub 23 yaşlı yarımmüdafiəçini yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Morqan Rocers bu mövsüm "Aston Villa"nın heyətində keçirdiyi 37 oyunda 10 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest