"Brentford"un baş məşqçisi Kit Endryu klubla 2032-ci ilə qədər uzadılmış yeni müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Brentford"un idman direktoru Fil Cayls qeyd edib ki, belə möhtəşəm başlanğıcdan sonra menecer komandaya tam uyğun olduğunu sübut edib.

45 yaşlı irlandiyalı məşqçi ötən ilin iyun ayında Tomas Frankı əvəz edərək komandaya rəhbərlik edib. Bundan əvvəl o, məşqçilər heyətində standartlar üzrə mütəxəssis kimi çalışıb.

Onun rəhbərliyi altında "Brentford" Premyer Liqada yeddinci yerdədir və tarixində ilk dəfə Avropa yarışlarına vəsiqə qazanmaq üçün real şansa malikdir, həmçinin İngiltərə Kubokunun beşinci mərhələsinə yüksəlib.

Ümumilikdə, Endryusun komandası bu mövsüm bütün yarışlarda 33 oyun keçirib, 17 qələbə, 12 məğlubiyyət və 4 heç-heçə əldə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest