"Real" qarşıdakı oyunlara ciddi itki ilə çıxacaq.

Matc.az xəbər verir ki, hücumçu Kilian Mbappe komandaya kömək edə bilməyəcək. Bu barədə COPE məlumat yayıb.

Fransalı forvard 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. 27 yaşlı futbolçu ötən gecə "Benfika" ilə UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab matçını da buraxmışdı.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm "Real"ın heyətində keçirdiyi 33 oyunda 38 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest