"İnter"in müdafiəçisi Alessandro Bastoni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

"Arsenal" İtaliya millisinin üzvünü transfer etmək istəyir. London təmsilçisi 26 yaşlı mərkəz müdafiəçisi üçün Milan klubuna 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Alessandro Bastoni bu mövsüm "İnter"in heyətində bütün turnirlərdə keçirdiyi 33 oyunda 2 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest