"Liverpul"un qapıçısı Alisson Beker İtaliya A Seriyasına qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə " La Repubblica" nəşri məlumat yayıb.

"Yuventus" və "İnter" braziliyalı qolkiperi transfer etmək istəyir. Hər iki klub yayda 33 yaşlı futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçəcək.

Qeyd edək ki, "Liverpul" Alisson Bekeri 2018-ci ilin yayında "Roma"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində 30 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest