"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem klubun tibbi heyətindən narazıdır və Londonda həkimə müraciət edib. Bu qərar hücumçu Kilian Mbappenin klubun diaqnozundan narazılığından sonra verilib və bu, klub daxilində problemlərin olduğunu ortaya çıxarıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Tribuna" yayıb.

Bildirilir ki, Bellinqem zədəsi ilə bağlı alternativ rəy almaq üçün Böyük Britaniyaya səfər edib. Oyunçu sağalmasının gecikdiyini düşünür və buna görə də mütəxəssislə məsləhətləşmək qərarına gəlib. Madrid klubunun tibbi xidmətlər rəhbəri Niko Mihiç onu Londona müşayiət edir. Lakin onun ikinci rəy istəməsi "Real"ın tibb şöbəsində sistemli problemlərə işarə edir.

Bellinqem və nümayəndələri onun hazırkı müalicəsinin gözlənilən nəticəni verməməsindən narahatdırlar. Onun geri dönüşü ilə bağlı gecikmə mövsümün vacib oyunlarında iştirakını təhlükə altına ala bilər.

Xatırlaq ki, futbolçu fevralın 1-də "Rayo Valyekano" ilə matçda bud əzələsindən zədə alıb və oyunun 10-cu dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest