05 Mart 2026, 13:58
FUTBOL
"Yuventus"un yarımmüdafiəçisi Xefren Türam karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
"Mançester Yunayted" və "Liverpul" fransalı futbolçunu transfer etmək istəyir. Hər iki klub 24 yaşlı oyunçu üçün Turin təmsilçisinə 75 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Xefren Türam bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə keçirdiyi 35 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.

_1772722755.jpg)










