01 May 2026, 12:26
FUTBOL
"Bavariya"nın müdafiəçisi Kim Min-ce Türkiyəyə qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.
"Qalatasaray" Cənubi Koreya millisinin üzvünü transfer etmək istəyir. İstanbul nəhəngi 29 yaşlı mərkəz müdafiəçisi üçün yaxın vaxtlarda Almaniya klubu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Kim Min-ce bu mövsüm "Bavariya"nın heyətində keçirdiyi 34 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib. Təcrübəli oyunçu 2021/2022 mövsümündə "Fənərbaxça"da çıxış edib.












