İtaliyalı futbolçu Cakomo Bonaventura karyerasını başa vurub.

Matc.az xəbər verir ki, bu barədə oyunçu özünün sosial şəbəkə hesabında paylaşım edib. Bonaventura 36 yaşında peşəkar futbolla vidalaşıb.

Onun son klubu "Əl-Şəbab" olub. Təcrübəli hücumameyilli 2025-ci ilin yayında Səudiyyə Ərəbistanı təmsilçisindən ayrıldıqdan sonra klubsuz idi.

Qeyd edək ki, Cakomo Bonaventura karyerası ərzində "Atalanta", "Perqoletteze", "Padova", "Milan" və "Fiorentina"nın formasını geyinib. Futbol İtaliya millisinin heyətində keçirdiyi 18 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest