"Real"ın yarımmüdafiəçisi Arda Gülər La Liqanın 27-ci turunda "Selta"ya qarşı oyunda məhsuldar ötürmə edib.

Matc.az xəbər verir ki, bu, Ardanı bu mövsüm Avropanın TOP-5 çempionatlarındakı bütün yarışlarda ən çox məhsuldar ötürmə edən oyunçular arasında yer alamsına səbəb olub.

O, "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeslə ikinci və üçüncü yerləri bölüşür.

Cari mövsüm Avropanın ən yaxşı beş liqasında, o cümlədən klublararası dünya çempionatında oyunçular arasında bütün yarışlarda ən çox məhsuldar ötürmə edənlər:

1. Maykl Olis - 23
2. Arda Gülər - 15
3. Bruno Fernandes - 15

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest