"İnter"in heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, Hakan Çalhanoğlu sıradan çıxıb. Türkiyəli yarımmüdafiəçi ayaq əzələsindən zədələnib.

Hakan A Seriyasının 29-cu turunun "Atalanta" ilə matçında iştirak etməyəcək. Qarşılaşma 14 mart tarixində keçiriləcək.

Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm "İnter"in heyətində keçirdiyi 25 oyunda 9 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest