09 Mart 2026, 13:55
FUTBOL
"Roma"nın müdafiəçisi Obit Evan Ndika karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
"Barselona" Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir. Kataloniya təmsilçisinin baş məşqçisi Hans Flik Ndikanın xidmətində maraqlıdır. 26 yaşlı mərkəz müdafiəçisinin transferi yayda rəsmiləşə bilər.
Qeyd edək ki, Obit Evan Ndika bu mövsüm "Roma"nın heyətində bütün turnirlərdə keçirdiyi 32 oyunda 4 qol vurub.


_1773067167.jpg)



_1773058412.jpg)





