"Seltik" və Danimarka millisinin qapıçısı Kasper Şmeyxel çiyinindən ciddi zədə alıb və 1 ilə qədər yaşıl meydanlardan uzaq qalmalı olacaq.
Matc.az xəbər verir ki, 39 yaşlı qapıçı BBC-yə verdiyi müsahibədə iki əməliyyat keçirəcəyini açıqlayıb və karyerasını başa vurma ehtimalını da istisna etməyib.
"Ola bilsin ki, sonuncu futbol matçımı oynamışam. Doğulduğumdan bəri futbolçuyam. Bu, dəhşətlidir. Hazırda bunu anlamaq mənim üçün çox, çox çətindir. Çərşənbə axşamı mənə dedilər ki, bu, karyeramın sonu ola bilər. Sağalanda 40 yaşdan yuxarı ola bilərəm.
Sağalmaq üçün əlimdən gələni edəcəyəm. Əgər bu kimi zədədən sağala bilsəm, bu, karyeramın ən böyük nailiyyətlərindən biri olacaq. Mübarizə aparacağam, əlimdən gələni edəcəyəm. Reabilitasiya keçəcəyəm", - Şmeyxel deyib.
Qeyd edək ki, tərcübəli qapıçı bu mövsüm bütün yarışlarda 39 oyun keçirib və 14 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Şmeyxel Danimarka millisində isə 120 oyunda meydana çıxıb.












