Fransa milli komandasının heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, müdafiəçi Villiam Saliba sıradan çıxıb. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Arsenal"ın futbolçusu topuğundan zədə alıb. 24 yaşlı mərkəz müdafiəçisi qarşıdakı yoldaşlıq oyunlarında iştirak etməyəcək.

Qeyd edək ki, Fransa yığması martın 27-də Braziliya ilə, 2 gün sonra isə Kolumbiya seçməsi ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest