Futzal üzrə Azərbaycan millisi aprel ayında daha iki yoldaşlıq oyunu keçirəcək.

Matc.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komanda  aprelin 13-də və 15-də Aktau şəhərində Qazaxıstanla üz-üzə gələcək.

Xatırladaq ki, Azərbaycan millisi aprelin 9-da və 11-də isə Tbilisidə Gürcüstan yığması ilə də qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest