02 Aprel 2026, 22:50
FUTBOL
Bosniya və Herseqovina milli komandasının və Almaniyanın "Ştutqart" klubunun hücumçusu Ermedin Demiroviç, 2026-cı il dünya çümpionatına vəsiqə qazanacaqları təqdirdə, klubunun stadionu "Ştutqart Arena"da hər bir tamaşaçıya pivə alacağına söz verib.
Matc.az xəbər verir ki, komandanın son seçmə oyununda İtaliya üzərində (1:1, penaltilərdə 4:1) qələbəsindən sonra hücumçu qərarını təsdiqləyib.
"Hər kəsə pivə alacağam. Həmişə sözümə əməl edirəm. Bu, mənə baha başa gələcək, amma bunu məmnuniyyətlə edəcəyəm", deyə Demiroviç açıqlama verib.
Qeyd edək ki, "Ştutqart Arena"nın tutumu 60469 nəfərdir.
Dünya çempionatında Bosniya və Herseqovina B qrupunda Kanada, Qətər və İsveçrə ilə mübarizə aparacaq.











_1775152113.jpg)
