02 Aprel 2026, 18:34
DÇ-2026
FIFA 2026 dünya çempionatının final oyunu üçün bilet satışlarını bərpa etdikdən sonra qiymətlərdə ciddi artım edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Associated Press" paylaşıb.
Bildirilir ki, turnirin zirvə qarşılaşmasına baxmağın maliyyə yükü azarkeşlər üçün gözlənilməz dərəcədə yüksəlib.
Dekabr ayında satışların startında 8680 dollar (14750 AZN) olan ən bahalı biletlərin qiyməti hazırda 10990 dollara (18680 AZN) yüksəlib. Digər kateqoriyalarda da bənzər artımlar müşahidə olunur.
Belə ki, ikinci kateqoriya biletlərin qiyməti 5575 dollardan 7380 dollara (12540 AZN), üçüncü kateqoriya biletlər isə 4185 dollardan 5785 dollara (9830 AZN) qalxıb.






_1775152113.jpg)

_1775148795.jpg)



