İtaliya milli komandasının oyunçuları Bosniya və Herseqovina ilə oyundan əvvəl hər biri 10.000 avro məbləğində fərdi bonuslar tələb ediblər.

Matc.az xəbər verir ki, bu barədə "La Repubblica" məlumatı yayıb.

Bildirilir ki, onlar dünya çempionatına vəsiqə qazandıqları təqdirdə bu bonusları almağa ümid ediblər. Lakin İtaliya Futbol Federasiyası oyundan əvvəl bu tələbi rədd edib.

İtaliya komandası turnirə vəsiqə uğrunda A yolunun son pley-off matçında Bosniya və Herseqovinaya (1:1, penaltilərdə 1-4) məğlub olub. Bu məğlubiyyət İtaliya yığmasının ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalmasına səbəb olub.

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest