"Çelsi"nin sabiq kapitanı Qari Kehil İngiltərə mətbuatına açıqlama verib.

Matc.az xəbər verir ki, veteran müdafiəçi gənc komandanın inkişafı üçün vaxta ehtiyac olduğunu deyib:

"Əgər “Çelsi”nin fəlsəfəsi bu gənc komandanı inkişaf etdirməkdirsə, onlara vaxt vermək lazımdır. Mənə elə gəlir ki, inkişaf trayektoriyası məhz bu istiqamətdə irəliləyir. Klublararası dünya çempionatı, Konfrans Liqası - bunlar gənc futbolçuların öz əlləri ilə əldə etdikləri iki titullardır. Düşünürəm ki, bunlar inkişaf baxımından çox önəmli töhfədir. İndi onların arxasında artıq bir neçə illik təcrübə var. "Çelsi" hədəfdən çox uzaqda deyillər. Sadəcə hazırda komandada sabitlik çatmır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest