PSJ UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Liverpul"u 2:0 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi qarşılaşmadan sonra fikirlərini bölüşüb. İspaniyalı mütəxəssis komandasının çoxlu qol epizodları yaratdığını deyib:

"Düşünürəm ki, qələbəyə layiq idik. Çox çətin və çox gərgin bir oyun oldu. Fasilədən sonra çoxlu qol epizodları yaratdıq. Ən azı daha bir qol vura bilərdik. Amma bu futboldur və bununla barışmaq lazımdır. Stadiondakı atmosferin inanılmaz olduğunu düşünürəm. Hesab edirəm ki, azarkeşlərimizin gözləntilərini doğrultduq. İndi isə bundan zövq almaq, bərpa olunmaq, dincəlmək və Liverpuldakı növbəti oyun haqqında düşünmək vaxtıdır. Bura gəldiyim ilk günlərdən azarkeşlərlə komanda arasında bağlılığı görmüşəm. İndi isə bu bağ hər zamankindən daha güclüdür. Həmişə olduğu kimi, Liverpula qələbə qazanmaq istəyi ilə yollanacağıq. Orada bizi çətin anlar gözləyir. "Enfild Roud" çox mürəkkəb stadiondur. Amma bu komanda ilə biz oyunun ən yaxşı variantını tapmağa çalışa bilərik".

Qeyd edək ki, komandalar arasındakı cavab görüşü 14 aprel tarixində İngiltərədə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest