"Bavariya" Bundesliqanın 30-cu turunda "Ştutqart"ı 4:2 hesabı ilə məğlub edərək 35-ci dəfə Almaniya çempionluğunu təmin edib.

Matc.az xəbər verir ki, bu, çempionatda rekord göstəricidir.

Bu oyundan sonra Münhen klubu 79 xalla Bundesliqanın turnir cədvəlinə başçılıq edir. Cari mövsümünün qalan oyunlarında "Bavariya" "Maynts" (25 aprel), "Haydenhaym" (2 may), "Volfsburq" (9 may) və "Köln" (16 may) ilə qarşılaşacaq.

"Bavariya" sona 4 tur qalmış ən yaxın rəqibi "Borussiya"dan 15 xalla öndədir. Bavariyalıların hazırda 25 qələbəsi, 4 heç-heçəsi və 1 məğlubiyyəti var.

Dortmund "Borussiya"sı Bundesliqanın turnir cədvəlində 64 xalla ikinci, "Leypsiq" isə 59 xalla üçüncü yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest