21 Aprel 2026, 14:48
FUTBOL
"Borussiya"nın futbolçusu Kərim Adeyemi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fussballdaten" nəşri məlumat yayıb.
"Çelsi" almaniyalı vingeri transfer etmək istəyir. London təmsilçisi Adeyemini yayda heyətinə qatmağı planlaşdırır. Premyer Liqa nəhəngi klubu ilə 1 illik müqaviləsi qalan 24 yaşlı oyunçunun meneceri ilə ilkin danışıqlara başlayıb.
Qeyd edək ki, Almaniya millisinin üzvü olan Kərim Adeyemi bu mövsüm "Borussiya"nın heyətində bütün turnirlərdə keçirdiyi 37 oyunda 10 qol vurub, 5 qol ötürməsi edib.

_1776788107.jpg)
_1692637766.png)









_1693390777.png)